» » » Ratkeviç və Mustafayev bürünc medalların astanasında

Ratkeviç və Mustafayev bürünc medalların astanasında

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. 

Yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub. 

Premyer.az bildirir ki, çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb. 

60 kq çəkidə qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Bolqarıstandan Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxacaq. 

Sərbəst güləşçilərin yarışında isə 65 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev yarışıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçimiz ardıcıl olaraq Slovakiyadan Mikola Bolotnyuku, Estoniyadan Almar Andruseni tam üstünlüklə məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Yuriy Syemakindən də üstün olan Ağahüseyn yarımfinalda İtaliya təmsilçisi, son dünya çempionu Frank Çamizo ilə qarşılaşıb. Bu görüş isə rəqibin üstünlüyü ilə tamamlanıb. Ağahüseyn Mustafayev Ukrayna təmsilçisi Semen Radulovla bürünc medal uğrunda görüşə çıxacaq. 

97 kq-da mübarizə aparmalı olan Olimpiya çempionumuz Şərif Şərifov isə zədə səbəbindən mübarizəyə qoşula bilməyib. 

Final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

53 kq
1/8final -  Anjela Doroqan - Nina Hemmer (GER) 2:5 

60 kq
1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç 2:8
1/2 final - Oksana Herhel (UKR) - Yuliya Ratkeviç 2*:2
Bürünc medal görüşü - Şarlotta Skauen (NOR) - Yuliya Ratkeviç 

65 kq
1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev 0:10
1/8 final - Ağahüseyn Mustafayev - Almar Andruse (EST) 10:0
1/4 final - Ağahüseyn Mustafayev - Yuriy Syemakin (FRA) 6:3
1/2 final - Frank Çamizo (İTA) - Ağahüseyn Mustafayev 11:1
Bürünc medal görüşü - Ağahüseyn Mustafayev

97 kq
1/8 final - Şərif Şərifov - İvan Yankouski BLR) (güləşçimiz zədə səbəbindən görüşə çıxmayıb)
338     
Reklam

Reklam