» » » "Onları tanıyaq" - Azərbaycan Basketbol Federasiyası

"Onları tanıyaq" - Azərbaycan Basketbol Federasiyası

Premyer.az saytı "Onları tanıyaq" rubrikası çərçivəsində, öz oxucularını Azərbaycan Basketbol Federasiyasının tarixi ilə tanış edir:
 
Ölkəmiz Dövlət müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə müstəqil Azərbaycanın Basketbol Federasiyası (ABF) yarandı.
1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır.
1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir.
2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçilmişdi.
Beynəlxalq əlaqalarin yeni səviyəyə galdırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur.
2002-ci ilin avqust ayında Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev basketbol üzrə Olimpiyа, Dünya və Avropa çempionu olan məhşur basketbolçu Rimas Kurtinaytisi qəbul etmişdir,elə həmin ilin sentyabr ayında Kurtinaytis milli yığmaya baş məşqçi təyin edildi. Məhşur litvalının Azərbaycana gəlişi ölkəmizdə basketbolun inkişafına güclü təkan verdi.

971     
Reklam

Reklam