» » » Cudoçularımızdan Almaniyada uğursuz start

Cudoçularımızdan Almaniyada uğursuz start

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turnirinə start verilib.
 
Premyer.az Cudo Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günündə cüdo üzrə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxıb.
 
 
60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov mübarizəyə ikinci mərhələdən qoşulub. Səfərov 1/4 finala gedən yolda hollandiyalı Jeroen Murenə və ispaniyalı Fransisko Qarriqosa qalib gəlib. 1/4 finalda Türkiyə cüdoçusu Bəkir Özlüyə məğlub olan təmsilçimiz təsəlliverici görüşlərə qatılıb. Lakin ilk qarışlaşmasında Rusiya idmançısı Beslan Mudranova uduzaraq Qran-Pridə 7-ci olub.
 
 
Digər cüdoçularımız – Vüqar Şirinli (60 kq), Tərlan Kərimov (66 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəni erkən dayandırıb.

128