» » » G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirinə yekun vurulub

G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirinə yekun vurulub

Türkiyənin Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı "TURKİSH OPEN” beynəlxalq turnirinə yekun vurulub.
 
Premyer.az ATF-yə istinadən xəbər verir ki, 14-16 fevral tarixlərində keçirilən yarışda yığma koamdamız idmançıları aktivləriinə 4 medal əlavə etmişlər.Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoustun yetirmələrindən ötən il yığma komandanın heyətində son dünya kubokuna sahib olan, -63 kq çəki dərəcəsində dayan üzərinə çıxan Sina Bahrami yarışı qızıl medal,Məmmədalı Quliyev (-58 kq) isə bürünc medalla başa vurub.
 
 
Gənclərdən ibarət yığma komandamız da bu turnirdə 2 medalla fərqlənib. Belə ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə mübarizəyə qatılan təmsilçilərimizdən - 68 kq çəki dərəcəsində Əliəsgər Əliyev və Orxan Tağızadə (+78 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənməli olublar.
Xatırladaq ki, 3-gün davam edən G1 kateqoriyalı "TURKİSH OPEN” beynəlxalq turnirin ardından sayca 4-cü olan Klublararası Avropa çempionatına start veriləcək. 18-20 fevral tarixlərində keçiriləcək qitə birinciliyində respublikamızda fəaliyyət göstərən taekvondo klublarından "Gilan” taekvondo klubu, Sumqayıt O.İ.K. , Təhsil R.İ.M-ni təmsil edən idmançılar qitə çempionatına qatılacaq. Nəzərinizə çatdıraq ki, çempionatda yığma komandanın heyətində yer alan taekvondoçular öz klublarını təmsil edəcək.




191     
Reklam

Reklam