» » » Bədii gimnastlarımızın Estoniya uğuru!

Bədii gimnastlarımızın Estoniya uğuru!

Ötən həftə sonu Estoniyanın Tartu şəhəri ənənəvi olaraq hər il təşkil olunan bədii gimnastika üzrə "Miss Valentine” adlı beynəlxalq turnirin iştirakçılarını qəbul etdi.
Premyer.az AGF-yə istinadən xəbər verir ki, turnirdə Azərbaycan böyüklər, gənclər və yeniyetmə yaş kateqoriyalarında təmsil olundu.
Böyüklər proqramı ilə ilk dəfə çıxış edən gimnastımız Jalə Piriyeva iki finalda iştirak etdi. O, gürzlərlə çıxışına görə 5-ci, topla isə 7-ci yerdə qərarlaşdı. Çoxnövçülükdə də Jalə 7-ci yerlə kifayətləndi.
Təsnifat mərhələsinin  nəticələrinə əsasən, gənc gimnast Zöhrə Ağamirova çoxnövçülükdə bürünc medal qazandı və 3 finalda çıxış edərək, gürzlərlə hərəkətlərə görə gümüş, ip və topla çıxışlarına görə isə bürünc medal əldə etdi. Digər gimnast Darya Farşbafşəhriyari elə həmin gənclər yaş kateqoriyasında çoxnövçülükdə 5-ci yerdə qərarlaşdı.
Beynəlxalq arenada debüt edən gimnastlarımız Arzu Cəlilova və Nərminə Səmədova isə yeniyetmələr proqramında çıxış etdilər. Hər iki gimnast – Nərminə halqa ilə, Arzu isə topla çıxışlarına görə gümüş medal qazandılar.
418     
Reklam

Reklam