» » » Millinin voleybolçusu: "Bu çətin günlərdə insanlara faydalı olduğum üçün, qürur hissi keçirirəm" VİDEO

Millinin voleybolçusu: "Bu çətin günlərdə insanlara faydalı olduğum üçün, qürur hissi keçirirəm" VİDEO

Millinin voleybolçusu: "Bu çətin günlərdə insanlara faydalı olduğum üçün, qürur hissi keçirirəm" VİDEOVoleybol üzrə Azərbaycan milli komandasının oyunçusu Vadim Kutukov, karantin günlərində evdə qalan insanlara necə faydalı olacağını öz əməli ilə göstərib.

Premyer.az xəbər verir ki, millimizin üzvü həftədə iki dəfə, hər bazar ertəsi və şənbə günləri, gündüz saat 12:00-da öz Instagram hesabı vasitəsilə, bütün istəyənlərə onlayn pulsuz məşqlər keçir. Artıq Vadimin məşqlərinə yüzlərlə insan qoşulub. Bunlar arasında tanınmış similar da var. Məsələn Avroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımov (Red: videonu izlə).

Premyer.az saytına müsahibəsində, karantin müddəti boyunca məşqləri davam etdirəcəyini bildirən Kutukov, gördüyü işdən zövq aldığını və bu çətin günlərdə insanlara faydalı olduğundan qürur hissi keçirdiyini də əlavə edib.

Rauf İskəndərov / Premyer.az
603     
Reklam

Reklam