» » » Poverliftinqçilərimizin dünya çempionatında növbəti uğuru! FOTOLAR

Poverliftinqçilərimizin dünya çempionatında növbəti uğuru! FOTOLAR

Poverliftinqçilərimizin dünya çempionatında növbəti uğuru! FOTOLAR04-08 dekabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində WRPF versiyası üzrə dünya çempionatı keçirilib.

Premyer.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan poverliftinq federasiyasının idmançıları da tam heyətlə iştirak edib.  

Federasiyanın prezidenti Ələddin Əliyev, vitse prezident Rüfət Ağayev və baş məşqçi Azər Mustafayevin rəhbərliyi altında mundiala yollanan pəhləvanlarımız aşağıdakı nəticələri göstəriblər. 

Yarışın ilk günündə xanım idmançımız Ədilə Qurbanova deadlift növündə 67,5 kg çəki dərəcəsində 145 kg ağırlığın öhdəsindən uğurla gələrək, Azərbaycan komandasına ilk qızıl medalı qazandırıb. Eyni çəkidə mübarizə aparan Yasəf İbrahimli 3-cü yerə çıxaraq bürünc medalın sahibi olub. 

Növbəti yarış günündə poverliftinq növündə, 3 hərəkətin cəmində 67,5 kg çəki dərəcəsində mübarizə aparan Elvin Müzəffərov 540 kg nəticə ilə podiumun ən yüksək pilləsinə qalxıb

75 kg çəkidə təmsilçimiz Rövşən Xəlilov 3 hərəkətin cəmində 685,5 kg, yerdən qaldırma deadlift növündə 287,5 kg nəticə ilə yeni dünya rekordları qıraraq, dünya çempionatının qızıl mükafatçısı olub. 

Ağır çəkili idmançılar arasında (125 kg) digər pəhləvanımız Razim Hüseynov da Rövşən Xəlilovun uğurunu təkrarlayaraq, dünya rekordlarını öz adına yazdırıb. O, 960 kg nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. 

Daha sonra təknövçülük yarışlarının bençpress növündə 75 kg çəki dərəcəsində Ramin Rzayev və 82 kg çəkidə Əli Əsgərov gümüş medallar qazanıblar. 

Deadlif növündə iştirak edən idmançılarımızdan ən yüksək nəticəni 125 kg çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Xosrovzadə qazanıb. 360 kg ağırlığı dəf edən idmançımız da, qızıl medalı qazanmağı bacarıb. 

Digər təmsilçimiz Hafiz Verdiyev gümüş medala yiyələnib. 
Yarışda iki hərəkətin cəminə görə isə (bençpress və deadlift) 75 kg-da Rövşən Xəlilov, 90 kg-da isə Ramil Əhmədov hamıdan güclü olduqlarını bir daha sübut edərək, növbəti qızıl medallarını qazanıblar. Aydın Hümbətov gümüş medala yiyələnib.
 
Rauf İskəndərov / Premyer.az

283     
Reklam

Reklam