» » » Boyanka Kostova ağır atletika üzrə beynəlxalq turnirin qalibi oldu

Boyanka Kostova ağır atletika üzrə beynəlxalq turnirin qalibi oldu

Boyanka Kostova ağır atletika üzrə beynəlxalq turnirin qalibi olduBelarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq "Alexander Cup” turniri keçirilir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Tokio Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.
İlk yarış günündə Boyanka Kostova 59 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən və təkanla ağır qaldırmada toplam 215 kiloqram (95+120) nəticə göstərərək turnirin qalibi olub.
127     
Reklam

Reklam