» » » Taekvondoçumuz Avropa çempionu oldu!

Taekvondoçumuz Avropa çempionu oldu!

Taekvondoçumuz Avropa çempionu oldu!İtaliyanın Bari şəhərində para-taekvondo üzrə keçirilən Avropa çempionatında komandamız növbəti dəfə uğurlu çıxış edib.
Belə ki, millinin üzvü, ikiqat dünya çempionu Aynur Məmmədova 58 kq yuxarı çəki dərəcəsində ilk rəqibi ispaniyalı (6:4), növbəti döyüşündə isə fransalı (23:1) idmançıya qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda rusiya (12:8) təmsilçisinin də qarşısını alan Aynur, həlledici döyüşdə ozbəkistanlı idmançı ilə 5:5 hesablı bərabərlik sonrası qızıl xalla qalib ayrılaraq artıq dördüncü dəfə qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
75     
Reklam

Reklam