» » » Kişi və qadın yığmamız şahmat üzrə Avropa çempionatına inamlı qələbələrlə başladı!

Kişi və qadın yığmamız şahmat üzrə Avropa çempionatına inamlı qələbələrlə başladı!

Kişi və qadın yığmamız şahmat üzrə Avropa çempionatına inamlı qələbələrlə başladı!Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ilk görüşlərini keçirib.  Fərəhləndirici haldır ki, hər iki komandamız inamlı qələbə qazanıb.
 
Kişilərdən ibarət yığma birinci turda Serbiyanı məğlub edib. Rauf Məmmədov, Arkadi Naydiç və Qədir Hüseynov qələbə qazanıb, Şəhriyar Məmmədyarov isə heç-heçə edib.     
 
Qadınlardan ibarət yığma isə hazırda Latviyanı darmadağın edib - 4:0.
 
Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan milli komandası 3 dəfə Avropa çempionu olub. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.  
 
Kişilər:   Serbiya - Azərbaycan - 0,5:2,5  
Alensandr İndiç - Şəhriyar Məmmədyarov - 0,5:0,5; Nikola Sedlak - Arkadi Naydiç  0:1;  Milan Zaiç - Rauf Məmmədov - 0:1; Velimir İliç - Qədir Hüseynov - 0:1.
 
Qadınlar:   Latviya - Azərbaycan  0:4
Dana Reiznetse-Ozola - Günay Məmmədzadə 0:1;  Laura Roqule - Xanım Balacayeva 0:1; İlze Berzina - Ülviyyə Fətəliyeva 0:1; Elizabet Limanovska - Gülnar Məmmədova  0:1.          
103     
Reklam

Reklam