» » » Dünya Kubokunu ancaq SSRİ-də doğulanlar qazanır! MARAQLI FAKT

Dünya Kubokunu ancaq SSRİ-də doğulanlar qazanır! MARAQLI FAKT

Dünya Kubokunu ancaq SSRİ-də doğulanlar qazanır! MARAQLI FAKTRusiyanın Xantı-Mansiysk şəhərində həmyerlimiz Teymur Rəcəbovun parlaq qələbəsilə yekunlaşan şahmat üzrə sayca 8-ci Dünya Kubokundan sonra, şahmat ictimayətinin diqqətini maraqlı bir fakt cəlb edib. 

Həmin maraqlı fakt isə ondan ibarətdir ki, 8 dəfə keçirilən Dünya Kubokunun bütün qalibləri müxtəlif ölkələri təmsil etsələr də ,onların hamısının keçmiş SSRİ-də doğulmasıdır.

Dünya Kubokunun qaliblərinin siyahısına nəzər salaq :

2005-ci il : Levon Aronyan (Ermənistan) 
                  1982-ci il. SSRİ. Ermənistan SSR-ı . İrəvan şəhəri.
2007-ci il : Qata Kamskiy (ABŞ)
                 1974-ci il. SSRİ. RSFSR. Novokuznetsk şəhəri.
2009-cu il :Boris Qelfand (İsrail)
                  1968-ci il. SSRİ. Belorussiya SSR-ı. Minsk şəhəri.
2011-ci il : Petr Svidler (Rusiya)
      1976-cı il. SSRİ. RSFSR .Leninqrad şəhəri.
2013-ci il : Vladimir Kramnik (Rusiya)
                 1975-ci il. SSRİ. RSFSR. Tuapse şəhəri.
2015-ci il : Sergey Karyakin (Rusiya)
                 1990-cı il. Ukrayna SSR-ı. Simferopol şəhəri.
2017-ci il : Levon Aronyan (Ermənistan) 
                  1982-ci il. SSRİ.Ermənistan SSR-ı . İrəvan şəhəri.
2019-cu il :Teymur Rəcəbov (Azərbaycan)
             1987-ci il. SSRİ. Azərbaycan SSR-ı. Bakı şəhəri.
129     
Reklam

Reklam