» » » Dünya Kubokunu qazanan Teymur Rəcəbov adını qızıl hərflərlə tarixə yazdırdı!

Dünya Kubokunu qazanan Teymur Rəcəbov adını qızıl hərflərlə tarixə yazdırdı!

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku sahibi bəlli olub.
Premyer.az Chess.az-a istinadən xəbər verir ki, Dünya kubokunun  tay-brekində həmyerlimiz Teymur Rəcəbov çinli Dinq Lireni fantastik mübarizənin sonunda üstələyə bilib. 
 
Dörd günlük klassik partiyalarının sonunda qalib müəyyənləşmədiyi üçün, tərəflər bu gün tay-brek oynayıb.
 
Blitsə qədər uzanan matç şahmatçımızın möhtəşəm qələbəsi ilə nəticələndi! 6:4 

Teymur Rəcəbov istənilən halda Azərbaycan şahmat tarixinə öz adını yazdırmışdı. Rəcəbov Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb.
 
İndi isə Teymur Rəcəbov Azərbaycan şahmat tarixinin ən böyük qələbəsinin qazanmaqla adının qızıl hərflərlə tarixə yazdırdı!
  
Onu da qeyd edək ki, finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazanıb. 
70     
Reklam

Reklam