» » » Teymur Rəcəbovdan möhtəşəm geridönüş və möhtəşəm qələbə!

Teymur Rəcəbovdan möhtəşəm geridönüş və möhtəşəm qələbə!

Teymur Rəcəbovdan möhtəşəm geridönüş və möhtəşəm qələbə!Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının üçüncü oyunu keçirilib.
Premyer.az xəbər verir ki, Dünya kubokunun həlledici matçda həmyerlimiz Teymur Rəcəbovla çinli Dinq Liren qarşılaşır. Bu günkü oyunda möhtəşəm qələbə qazanan Teymur, hesabı bərabərləşdirməyi bacarıb 1,5 - 1,5. Dünən keçirilən ikinci partiya təəsüf ki, çinli şahmatçının qələbəsi ilə nəticələnib.  
Qeyd edək ki, Teymur Rəcəbov həmçinin Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötərəbər yarışın finalına qədər irəliləyə bilməmişdir.
Xatırladaq ki, final matçı  dörd oyundan ibarətdir. Bu oyunlarda qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. 
Oyunlar Bakı vaxtı ilə saat 14:00-da başlayır.   
Finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazandı. 
77     
Reklam

Reklam