» » » Kikboksçularımızdan Dünya Kubokunda möhtəşəm uğur!

Kikboksçularımızdan Dünya Kubokunda möhtəşəm uğur!

Kikboksçularımızdan Dünya Kubokunda möhtəşəm uğur!Azərbaycan Kikboksinq Federasiyası idmacıları sentyabr ayinin 25-29 tarixlərində Rusiyanın Anapa şəhərində (Wako) Kikboksinq versiyası üzrə Diamond Dünya kubokunda iştirak edib.
 
Premyer.az xəbər verir ki, bu möhtəşəm beynəlxalq yarışda idmançilarımız bütün yaş kateqoriyalarında iştirak ediblər. Ümumilikdə 33 idmançı, üç hakimlə, həmçinin məşqçilər korpusuyla qatıldığımız Dünya kubokundan idmançilarımız tarixin ən böyük zəfərini, qələbələrini əldə edərək 7 erməni idmançısını böyük hesabla məğlub edərək, Rusiyadan vətənə gülər üzlə, alnı açıq tarixi zəfərlə geri dönürlər.
 
Dünya kubokunda medal qazanan idmançılarımızın siyahısını diqqətinizə çatdırırıq:
 
QIZIL medal sahibləri:
 
Tağızadə Nihat 
Tanrıverdiyev Elcan 
Məmmədov Anar 
Quliyev Amin 
Qədimov Arzuman 
Əliyev Əlihüseyn 
Cəfərli Kənan 
Məmmədov Qəşəm 
 
GÜMÜŞ medal sahibləri:

Hüseynzadə Etimad
Hüseynov Nurcan 
Mirəliyeva Həmidə 
Seyidov Miremil 
Əfəndiyev Şahin 
Nəcəfli Cəfər 
Salehli Saqi 
Abdullayev Musa 
Rəhimov Əsgər 
 
BÜRÜNC medal sahibləri:

Baxşiyev Sehran 
Quluzadə Akif
Mustafayev Elgün 
Əliyev Pərviz 
Qiyaslı Renat 
Qiyasov Renat 
Musayev Əsgər 
Kazımov Fərid 
Məmmədov Camal 
Kazımov Vüsal 

Ümumilikdə idmançılarımız 8 qızıl, 9 gumuş və 10 bürünc medal qazanıblar.
123     
Reklam

Reklam