» » » Teymur Rəcəbov Dünya Kubokunun finalında!

Teymur Rəcəbov Dünya Kubokunun finalında!

Teymur Rəcəbov Dünya Kubokunun finalında!Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.

Chess.az xəbər verir ki, bu gün Dünya kubokunun yarımfinal mərhələsinin ikinci oyunları keçirildi və artıq birinci finalçının adı məlum oldu. Dünya Kubokunda yeganə təmsilçimiz olan Teymur Rəcəbov ilk oyunda fransalı Maksim Vaşye-Laqrafla heç-heçə etdikdən sonra, bu gün parlaq qələbə qazanıb. Bu qələbə sahəsində Teymur sentyabrın 30-da başlayacaq Dünya Kubokunun final matçına vəsiqə qazandı.
 
Teymurun finaldakı rəqibi isə, sabah iki çinlı sahamtçınin mübarizəsindən sonra məlum olacaq. "Çin duelində" qarşı qarşıya gələn Dinq Liren və Yu Yanyi bu gün də qalibi müəyənləşdirə bilməyiblər və sabah tay-brek oynamalı olacaqlar.  

Qeyd edək ki ,finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazandı. 
101     
Reklam

Reklam