» » » Daha 3 yunan-roma güləşçimiz dünya çempionatında mübarizəni erkən dayandırdı

Daha 3 yunan-roma güləşçimiz dünya çempionatında mübarizəni erkən dayandırdı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə - 60, 77 və 130 kq-da mübarizəyə start verilib.
Taleh Məmmədov təsnifat mərhələsində Bolqarıstan təmsilçisinə uduzub.
Elvin Mürsəliyev ilk görüşdə gürcü güləşçiyə qalib gəlib. Ancaq daha sonra iranlı pəhləvanla bacarmayıb.
Beka Kandelaki ilk mərhələdə belaruslu rəqibini "tuşe" ilə üstələyib. Beka 1/8 finalda alman idmançıyla görüşdə 7:0 öndə olsa da, böyük üstünlüyü əldən verərək yenilib.

60 kq
Təsnifat - Taleh Məmmədov - İva Serafimov Angelov (BUL) 0:4

77 kq
1/16 final - Elvin Mürsəliyev - Gela Bolkvadze (GEO) 8:0
1/8 final - Elvin Mürsəliyev - Məhəmmədəli Abdulhəmid Gerayi (İRİ) 0:7

130 kq
Təsnifat - Beka Kandelaki - Pavel Rudaku (BLR) 4:0 (tuşe)
1/8 final - Beka Kandelaki - Eduard Popp (GER) 7:17
120     
Reklam

Reklam