» » » Yunan - Roma güləşçilərimizdən məyus edici start

Yunan - Roma güləşçilərimizdən məyus edici start

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 67, 87 və 97 kq-da mübarizə baş tutur.
Rəsul Çunayev təsnifat mərhələsində Macarıstan güləşçisinə ilk hissədə tam üstünlüklə qalib gəlib. Ancaq 1/16 finalda hakimlərin də müəmmalı qərarlarıyla güləşçimiz ikiqat dünya çempionu olmuş Koreya təmsilçisinə uduzub.
İslam Abbasov ilk görüşdə Gürcüstan pəhləvanını məğlub edib. Ancaq 1/8 finalda İran güləşçisiylə bacarmayıb.
Orxan Nuriyev startda yerli idmançıya yenilib.

67 kq
Təsnifat - Rəsul Çunayev - Mate Kraşnay (HUN) 8:0
1/16 final - Rəsul Çunayev - Hansu Ryu (KOR) 1:2

87 kq
1/16 final - İslam Abbasov - Qurami Xetsuriani (GEO) 4:0
1/8 final - İslam Abbasov - Ramin Soltanmurad Taherisartanq (İRİ) 0:6

97 kq
1/16 final - Orxan Nuriyev - Yerulan İskakov (KAZ) 1:2
105     
Reklam

Reklam