» » » Şahmatçımız ABŞ turnirində liderlər qrupunda!

Şahmatçımız ABŞ turnirində liderlər qrupunda!

"Grand Chess Tour 2019"-un dördüncü və beşinci mərhələnin oyunlarından sonra ABŞ-ın Sent-Lyuis şəhəri daha bir şahmat yarışına ev sahiblik edir.
 
Chess.az xəbər verir ki, Sent-Lyuisdə "The 2019 Fall Chess Classic" şahmat turniri davam edir. Yarışda 10 şahmatçı iştirak edir və turnir dairəvi sistem üzrə keçirilir.
 
Turnirdə ölkəmizi qrossmeysterimiz Vasif Durabəyli təmsil edir. Keçirilən 4 turdan sonra Vasif və üç amerikallı şahmatçı ilə bərabər turnir cədvəlinə şərikli liderlik edirlər.
 
5-ci turda Vasif Durabəylinin rəqibi Türkiyəni təmsil edən Aleksand İpatov olacaq. Qeyd edək ki,yarışın ümumi mükafat fondu 30 000 ABŞ dolları təşkil edir. 
73     
Reklam

Reklam