» » » Amerikalı gənc üzgüçü açıq-saçıq mayosunun qurbanı olub - FOTO

Amerikalı gənc üzgüçü açıq-saçıq mayosunun qurbanı olub - FOTO

Amerikalı gənc üzgüçü açıq-saçıq mayosunun qurbanı olub - FOTOAmerikalı gənc üzgüçü açıq-saçıq mayosunun qurbanı olub.
 
Premyer.az xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı ABŞ üzgüçüsü Brekinn Uillis iştirak etdiyi turnirdə 100 metrlik məsafəyə üzmə yarışında qalib gəldikdən dərhal sonra, hakimlər tərəfindən diskvalifikasiya edilib. Səbəb olaraq, Uillisin mayosunun arxa alt hissəsinin çox açıq olduğu və beləliklə də idmançının idman geyimlərinin ölçüsü haqqında reqlamentin tələblərini pozulduğu göstərilib. 
 
Buna qarşı çıxan idman ictimaiyyəti, hakimləri iqrçilikdə və seksizmdə günahlandırıb. İdmançı isə özünə bəraət qazandırmaq üçün, belə geyimdə daha rahat üzdüyünü bildirib.
 
Qeyd edək ki, sentyabr ayının 7-də diskvalifikasiya edilən Uillsinin cəzası 3 gün sonra ləğv edilərək, qızıl medalı özünə qaytarılıb. 
966     
Reklam

Reklam