» » » Karateçilərimiz “Budapeşt Open” beynəlxalq turnirdə

Karateçilərimiz “Budapeşt Open” beynəlxalq turnirdə

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri bu gün Macarıstanda start götürən 22-ci "Budapeşt Open” beynəlxalq karate turnirində iştirak edirlər

Yeniyetmə və gənclərin baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə qadınların baş məşqçisi Deniz Morozovla birgə, 14 idmançı var.
 
14-15- yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev və Fərid Savadov (-52 kq), 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq), Əminağa Quliyev və Hüseyn Məmmədli (-61kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq), Namiq Quliyev (+76 kq), Fidan Dadaşova (-48 kq), Polina Hurenko (-53 kq) və Ayla Rzazadə (-59 kq), 21 yaşadək gənclərdə isə  Hümmət Baxşəliyev (-67 kq), Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) yarışacaq.
2 gün davam edəcək Macarıstandakı yarışın oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıdığını bildirən əməkdar məşqçi A.Allahverdiyev, bu məqsədlə oğlanların sentyabrın ikinci yarısı İranın Urmiyə şəhərində daha bir yarışda iştirak edəcəklərini söyləyib.
Ənənəvi "Budapeşt Open” tunririnə 36 ölkədən 1875 karateçi qatılıb.
104     
Reklam

Reklam