» » » NİYƏ MƏN? Şahmat üzrə Dünya Kubokunda ilk QALMAQAL!

NİYƏ MƏN? Şahmat üzrə Dünya Kubokunda ilk QALMAQAL!

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda ilk qalamaqal yaşandı.

Chess.az xəbər verir ki, 128 şahmatçının qatıldığı bu mötəbər yarışda qalamaqal Ukrayna təmsilçisi Ruslan Ponomaryovun adı ilə bağlıdır.
 
Ponomaryov özü olay barədə Tvitter səhifəsində xəbər verib. Belə ki, təşkilatçılar Ponomaryovu 1/64 mərhələsinin birinci oyunundan sonra gözlənilmədən Dopinq kontroldan keçirmək qərarına gəliblər.
 
2002-ci ildə şahmat üzrə Dünya çempionu olmuş Ponomaryov ,dopinq testə dəvət olunmasına yox, orada 2 saat vaxt itirdiyi üçün öz etirazını bildirib.
 
"Mən dicəlmək və cavab oyununa hazırlaşmaq əvəzinə iki saat vaxtımı dopinq-kontrolda itirməli oldum (19:57-21:56). Kontrolu FİDE-nin dəvəti ilə Rusiyanın RUSADA kompaniyası həyata keçirirdi. Niyə Ümimdünya Antidopinq Agentliyi yox məhz bunlar? Nədən belə uzun çəkdi? Məni təsadüfənmi seçiblər?"

Qeyd edək ki ,Ruslan Ponomaryov birinci mərhələdə rusiyalı şahmatçı Andrey Yesipenko ilə qarşılaşırdı və iki oyunun nəticəsində görə 0.5:1.5 hesabı ilə məğlub olaraq Dünya Kubokunda çıxışını başa vurdu. 
120     
Reklam

Reklam