» » » Rafiq Hüseynov dünya çempionatının 1/2 finalında!

Rafiq Hüseynov dünya çempionatının 1/2 finalında!

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutur. 
Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib.
Elman Muxtarov startda erməni rəqibinə uduzub.
Sənan Süleymanov debütdə Xorvatiya idmançısını üstələyib. Həmyerlimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisiylə görüşdə 3:5 hesabıyla geridə olsa da, möhtəşəm geridönüş edib. Ancaq 1/4 finalda macar rəqibiylə bacarmayıb.
Rafiq Hüseynov təsnifat mərhələsində Moldova təmsilçisini məğlub edib. Ukrayna idmançısı da yığmamızın üzvünə müqavimət göstərə bilməyib. Təcrübəli pəhləvanımız 1/4 finalda yerli güləşçini də məyus edərək adını yarımfinala yazdırıb.

55 kq
1/8 final - Eldəniz Əzizli - Manjet Manjet (İND) 8:0
1/4 final - Eldəniz Əzizli - Davaabandi Munx Erdene (MGL)

63 kq
1/8 final - Elman Muxtarov - Slavik Qalstyan (ARM) 7:16

72 kq
Təsnifat - Sənan Süleymanov - Dominik Etlinger (CRO) 2:0
1/8 final - Sənan Süleymanov - Yuri Lomadze (GEO) 11:5
1/4 final - Sənan Süleymanov - Balint Korpasi (HUN) 0:6

82 kq
Təsnifat - Rafiq Hüseynov - Mihail Bradu (MDA) 6:0
1/8 final - Rafiq Hüseynov - Yuri Şkriuba (UKR) 7:0
1/4 final - Rafiq Hüseynov - Maxat Yerejepov (KAZ) 7:1
1/2 final - Rafiq Hüseynov
102     
Reklam

Reklam