» » » "GRAND PRIX 2019": Mahir Məmmədov II turu açdı

"GRAND PRIX 2019": Mahir Məmmədov II turu açdı

Rusiyada Dünya kuboku ilə paralel daha bir mötəbər şahmat yarışı davam edir.  
Premyer.az Chess.az-a istinadla xəbər verir ki, Xantı-Mansiysk şəhərində keçirilən kişilər arasında Dünya Kuboku ilə paralel Skolkovoda qadınlar arasında 2019-2020 Qran-pri seriyasının ilk mərhələsinin oyunları davam edir.
 
Dünən keçirilən ikinci turun ilk gedişini, yarışa qonaq qismində qatılan FİDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov etdi. 

Yarışa gəlincə ilk turda qələbə qazanan ümumi qələbəyə əsaas namizədlər  çinli Yu Venjin və rusiyalı Aleksandra Qoryackina ,dünən heç-heçələr ediblər. Yarışa isə, iki oyundan 2 xal toplayan Valentina Qunina liderlik edir.   

Qeyd edək ki,  Qran pri seriyasında 12 şahmatçı mübarizə aparırır. Seriyanın birinci mərhələsinin mükafat fondu 80 000 avro təşkil edir.
66     
Reklam

Reklam