» » » 4 şahmatçımız Dünya Kubokunun növbəti mərhələsində!

4 şahmatçımız Dünya Kubokunun növbəti mərhələsində!

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.
Premyer.az Chess.az-a istinadən xəbər verir ki, dünən keçirilən birinci mərhəlinin tay-brek oyunlarından sonra, artıq bütün 1/32 finalçıların adları məlum olub.
 
Sevindirici haldır ki, həmyerlilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun ardından, tay-brekdə güclü rəqiblərinə qarşı qələbə qazanan Nicat Abbasov və Eltac Səfərli də növbəti mərhələyə çıxanlar sırasındadır.
 
Qeyd edək ki, Nicat 1/64 mərhəlsində polşalı Kasper Pirunu, Eltac Səfərli isə 2018-ci ildə ABŞ çempionu olmuş Sem Şenklandı mübarizədən kənarlaşdırıb. 
 
Şahmatçılarımızdan yalnız biri adını növbəti mərhələyə yazdıra bilməyib. Söhbət "milliləşdirilmiş legionerimiz"  Arkadiy Naydiçdən gedir. Naydiç birinci mərhələdə alman Niklas Haşenbetlə bacara bilməyib və ümumi hesabda 0:2 hesabı ilə məğlub olaraq, kuboku tərk edib. 
62     
Reklam

Reklam