» » » Sumqayıt karateçilərinin beynəlxalq uğuru

Sumqayıt karateçilərinin beynəlxalq uğuru

Sumqayıt karateçilərinin beynəlxalq uğuruSumqayıt Gənclər evində Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə karate üzrə Beynəlxalq turnirlərdə qalib gəlmiş Sumqayıt idmançıları və onların məşqçiləri ilə görüş keçirilib. 

Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov ilk olaraq yüksək nəaliyyətlər əldə etmiş idmançları və onların məşqçilərini təbrik edib. E.Hümbətov çıxışında idmanın inkişafı, Dövlətin idmana dəstəyi və son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində məhz Sumqayıt idmançılarının da  əldə etdiyi nailiyyətlərdən söz açıb.
 
Daha sonra çıxış edən karate üzrə "Azərbaycan Respublikasının Əməkdar Məşqçiləri” Rafael Məmmədov, Akif Kərimov və Rövşən Allahverdiyev onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə, Gənclər və İdman Baş İdarəsinə öz minnətdarlığını bildiriblər.

Sonda turnirlərin qalibi və mükafatçıları, məşqçiləri Baş İdarənin hədiyyələrilə təltif ediliblər  və onlarla xatirə şəkili çəkdirilib.
37     
Reklam

Reklam