» » » “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatdı - MEDAL sıralaması

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatdı - MEDAL sıralaması

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatdı - MEDAL sıralamasıAvropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı yeddigünlük maraqlı idman mübarizəsindən sonra iyulun 27-də başa çatdı. Atletlər Bakıdakı 12 arenada idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə apardılar.

Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda qaliblər üçün nəzərdə tutulan 300 qızıl, 300 gümüş və 330 bürünc medal 38 ölkənin idmançıları tərəfindən qazanılıb.

Bu mötəbər yarışda 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıb. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular ölkəmizin aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar. İlk onluqda İtaliya (8-9-9), Ukrayna (8-7-10), İspaniya (7-4-10), Fransa (6-8-14), Polşa (6-3-6), Belarus (6-2-6) yığmaları yer alıblar.

Medal qazanan digər ölkələr isə aşağıdakılardır: Rumıniya (4-10-5), Almaniya (4-7-15), Xorvatiya (4-1-0), İsveç (3-1-2), Estoniya (3-0-2), Hollandiya (2-3-4), Finlandiya (2-3-1), Çexiya (2-1-3), İrlandiya (2-0-2), Norveç (1-6-2), Gürcüstan (1-5-7), Danimarka (1-1-3), Bolqarıstan (1-1-0), Kipr (1-0-2), İsrail (1-0-1), Kosovo (1-0-0), Avstriya (1-0-0), Macarıstan (0-9-12), Belçika (0-5-2), İsveçrə (0-2-2), Moldova (0-1-4), Yunanıstan (0-1-3), Serbiya (0-1-3), Portuqaliya (0-1-0), Litva (0-1-0), Latviya (0-0-1), Slovakiya (0-0-1) və Sloveniya (0-0-1).
XVI Avropa Gənclər Olimpiya Festivalı 2021-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçiriləcək.
165     
Reklam

Reklam