» » » Gimnastımız 30-cu Yay Universiadasının gümüş medalını qazandı

Gimnastımız 30-cu Yay Universiadasının gümüş medalını qazandı

Gimnastımız 30-cu Yay Universiadasının gümüş medalını qazandıİtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb.
Premyer.az xəbər verir ki, gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib. Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425  xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb.
Gimnastımız həmçinin, mümkün 4 finalın hər birində finala vəsiqəni də təmin edib. 
62     
Reklam

Reklam