» » » Pərviz "Kobra" Abdullayev "Bottle cap challenge" fleş mobunda iştirak etdi! VİDEO

Pərviz "Kobra" Abdullayev "Bottle cap challenge" fleş mobunda iştirak etdi! VİDEO

Pərviz "Kobra" Abdullayev "Bottle cap challenge" fleş mobunda iştirak etdi! VİDEOSon günlər dünyada sürətlə populyarlıq qazanan "Bottle cap challenge" fleş mobu Azərbaycandan da yan ötməyib. Premyer.az xəbər verir ki, tatınmış idmançılarımız sosial şəbəkələrdə #bottlecapchallenge həştəqi altında öz videolarını paylaşırlar.
 
Belə idmançılardan biri də, "Kobra" ləğəbi ilə tanınan, peşəkar kikboksçu və uşu sandaçı, dəfələrdə dünya çempionu və mükafatçısı olmuş, IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Pərviz Abdullayevdir. 
 
Pərvizin bu gün öz Facebook səhifəsində paylaşdığı videonu oxucularımızın diqqətinə çatdırırıq. 
 
[video=]
 
Qeyd edək ki, "Bottle cap challenge" (şüşə qabın qapağının ayaq zərbəsi ilə açılması) "virusunu" sosial şəbəkələrə dizayner Xyu Errolson və UFC döyüşçüsü Maks Xollouey buraxıb. Artıq bu fleş mobda Qay Riççi, Ceyson Stetxem, Set Adams və s. dünya kino və idman ulduzları iştirak ediblər. 
 
Premyer.az fleşmobda iştirak edən Azərbaycan idmançılarının videoları ilə öz oxucularını tanış etməkdə davam edəcək. 
 
Rauf İskəndərov / Premyer.az
279     
Reklam

Reklam