» » » Asiman Qurbanlı: "Ölkəmizi uğurla təmsil etməyə çalışdım və buna nail oldum"

Asiman Qurbanlı: "Ölkəmizi uğurla təmsil etməyə çalışdım və buna nail oldum"

Asiman Qurbanlı: "Ölkəmizi uğurla təmsil etməyə çalışdım və buna nail oldum"Azərbaycana qızıl medal qazandırdığım üçün çox xoşbəxtəm. İlk gündən ölkəmizi uğurla təmsil etməyə çalışdım və buna nail oldum.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri karate üzrə milli komandamızın üzvü, "Minsk 2019”da Azərbaycana qızıl medal qazandıran Asiman Qurbanlı səsləndirib.
O deyib: "Bu cür mötəbər yarış hər bir rəqibə hörmətlə yanaşmağı tələb edir. Burada qazandığım qızıl medalla kifayətlənmək fikrim yoxdur, hər şey hələ qabaqdadır”.
Səfər barədə təəssüratlarını bölüşən A.Qurbanlı deyib: "Turnirin çox çətin olacağını bilirdim. Komandanın məşqçilərinə "Çox sağ olsunlar!” deyirəm ki, mənə hər cür dəstək göstərdilər. Gələcəkdə də xalqımızın etimadını doğrultmağa çalışacağam”.
88     
Reklam

Reklam