» » » 1:1 bitən "Zirə" - "Qəbələ" oyununda hər iki qola bir futbolçu imza atdı!

1:1 bitən "Zirə" - "Qəbələ" oyununda hər iki qola bir futbolçu imza atdı!

1:1 bitən "Zirə" - "Qəbələ" oyununda hər iki qola bir futbolçu imza atdı! "Zirə” – "Qəbələ” – 1:1
(Murad Musayev, 6 (öz qapısına) – Murad Musayev, 57)
 
"Qəbələ” 2019/20 mövsümünə hazırlığın ilk mərhələsini başa vurub. İyunun 17-dən Qəbələ şəhər stadionunda məşq edən "qırmızı-qaralar” bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Komanda "Zirə” ilə üz-üzə gəlib.
 
Qarşılaşma Zirə İdman Kompleksində baş tutub. "Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov görüşdə aşağıdakı start heyətinə şans verib: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Yusif Nəbiyev, Kamal Mirzəyev, Qismət Alıyev, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

Matçda erkən qol qeydə alınıb. Murad Musayevin avtoqolu ilə meydan sahibləri hesabda önə keçib. Qarşılıqlı hücumlarla keçən görüşün ilk yarısında hesab dəyişməyib. Fasilədən sonra "qırmızı-qaralar”ın heyətində Elməddin Sultanov, Rüstəm Nuruyev, İdris İnqilablı, Veysəl Rzayev, Xəyal Muradov, Vüsal Məsimov, Abbas Ağazadə, Əli Sadıxov və Faiq Hacıyev meydana daxil olublar.
 
İkinci hissənin əvvəlində "Qəbələ” bərabərlik qoluna imza atıb. "Zirə”nin qapısına qol vuran Murad Musayev hesabda tarazlıq yaradıb – 1:1.
Beləliklə, "Qəbələ” hazırlığın birinci mərhələsini qollu heç-heçə ilə başa vurub.
121     
Reklam

Reklam