» » » Gənc karateçimiz Avropa Oyunlarının bürünc mükafatçısı oldu! FOTOLAR

Gənc karateçimiz Avropa Oyunlarının bürünc mükafatçısı oldu! FOTOLAR

Gənc karateçimiz Avropa Oyunlarının bürünc mükafatçısı oldu! FOTOLARİyunun 29-da - "Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu, karate yarışlarının birinci günündə təmsilçimiz Roman Heydərov bürünc medala sahib olub.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, kata yarışlarındakı yeganə təmsilçimiz R.Heydərov bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorquneri məğlub edib – 25:46-24:54.
Xatırladaq ki, B qrupunda ilk çıxışında 24,63 xal toplayaraq növbəti mərhələyə yüksələn karateçimiz bu mərhələdə 25,40 xal yığaraq bürünc medal uğrunda mübarizədə iştirak hüququ qazanıb.
Beləliklə, karateçilərimiz "Minsk 2019”da mübarizəyə qoşulduqları birinci gündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Qızıl və gümüş medalları kumite yarışlarında müvafiq olaraq Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) qazanıblar.

117     
Reklam

Reklam