» » » Minsk 2019: Azərbaycan boksçusundan Qızıl çıxış!

Minsk 2019: Azərbaycan boksçusundan Qızıl çıxış!

Minsk 2019: Azərbaycan boksçusundan Qızıl çıxış!İyunun 29-da - "Minsk 2019” ikinci Avropa Oyunlarının doqquzuncu günündə Azərbaycan boksçusu Loren Alfonso Domingez millimizin aktivinə dördüncü qızıl medalı yazdırıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Oyunlarda 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz qızıl medal uğrunda görüşdə britaniyalı Bencamin Uittaker ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gələn boksçumuz "Minsk 2019”da komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb.
113     
Reklam

Reklam