» » » Minsk 2019: 5-ci Qızıl medalı Azərbaycana Asiman Qurbanlı qazandırdı! FOTOLAR

Minsk 2019: 5-ci Qızıl medalı Azərbaycana Asiman Qurbanlı qazandırdı! FOTOLAR

Minsk 2019: 5-ci Qızıl medalı Azərbaycana Asiman Qurbanlı qazandırdı! FOTOLARAzərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) "Minsk 2019” ikinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb.
Premyer/az AZƏRTAC-a istinadən xəbər verir ki, karateçimiz finalda xorvatiyalı Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci görüşdə almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən A.Qurbanlı sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğlunu minimal hesabla məğlubiyyətə uğradıb. O, yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Qeyd edək ki, A.Qurbanlı 2016-cı ildə Karate 1 Premyer Liqa və bu il il Karate 1 A Seriyası turnirlərinin qalibi adını qazanıb.
Bununla da Azərbaycan millisi "Minsk 2019” ikinci Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb. Qızıl medalları ölkəmizin aktivinə güləşçilərimiz Mahir Əmiraslanov, Hacı Əliyev, Mariya Stadnik, boksçumuz Loren Alfonso Domingez və karateçimiz Asiman Qurbanlı yazdırıblar.

137     
Reklam

Reklam