» » » Boksçumuz Avropa Oyunlarının Finalına yüksəldi! FOTOLAR

Boksçumuz Avropa Oyunlarının Finalına yüksəldi! FOTOLAR

Boksçumuz Avropa Oyunlarının Finalına yüksəldi! FOTOLARİkinci Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri davam edir.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, boksçumuz Alfonso Dominqes (81 kq) "Uruçye Arena”da növbəti görüşünə çıxıb. O, finala vəsiqə uğrunda italiyalı Simone Fiori ilə qarşılaşıb.
Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl dördüncü qələbəsini qazanıb. O, iyunun 29-da keçiriləcək finalda Qor Nersesyan (Ermənistan) – Bencamin Vittaker (Böyük Britaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək.
Xatırladaq ki, bu gün Azərbaycanın digər boksçusu Lorenzo Sotomayor (69 kq) yarımfinalda məğlubiyyətə uğrayaraq bürünc medala sahib olub.

137     
Reklam

Reklam