» » » Minsk 2019: Elmira Qəmbərova Qızıl medal uğrunda güləşəcək! FOTOLAR

Minsk 2019: Elmira Qəmbərova Qızıl medal uğrunda güləşəcək! FOTOLAR

Minsk 2019: Elmira Qəmbərova Qızıl medal uğrunda güləşəcək! FOTOLARİyunun 27-də Azərbaycanın daha bir qadın güləşçisi "Minsk 2019”un finalına vəsiqə qazanıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmira Qəmbərova yarımfinalda rumıniyalı Krişta İnçze ilə qarşılaşıb. Güləşçimiz görüşün əvvəlində hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək qarşılaşmanı qələbə ilə başa vurub – 4:1. İdmançımız finalda ukraynalı Yuliya Tkaç ilə qarşılaşacaq.
E.Qəmbərova "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında və cari ildə Avropa çempionatında bürünc medallara sahib olub.
Səkkizdəbir finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gələrək dörddəbir finala yüksələn E.Qəmbərova (62 kq) bu mərhələdə polşalı Katarina Madrovskanı 9:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) artıq finalda iştirak hüququnu təmin edib. Bu gün Səbirə Əliyeva (76 kq) da finala vəsiqə uğrunda mübarizə aparacaq. Güləşçimizin rəqibi almaniyalı Fransi Raedelt olacaq.

149     
Reklam

Reklam