» » » Mariya Stadnik Avropa Oyunlarının finalında! FOTOLAR

Mariya Stadnik Avropa Oyunlarının finalında! FOTOLAR

Mariya Stadnik Avropa Oyunlarının finalında! FOTOLARİyunun 27-də "Minsk 2019”un güləş yarışlarının üçüncü günündə Azərbaycanın qadın pəhləvanı Mariya Stadnik (50 kq) finala vəsiqə qazanıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu M.Stadnik yarımfinalda Türkiyə güləşçisi Evin Demirhanı məğlub edib. Güləşçimiz finalda Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşacaq.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov güləşçimizin çıxışını izləyiblər.
"Minsk 2019”da mübarizəyə birbaşa dörddəbir finaldan başlayan M.Stadnik polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) adını yarımfinala yazdırıb.
Bu gün qadın güləşçilərimizdən Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) da finala vəsiqə uğrunda xalça üzərinə çıxacaqlar.
Mariya Stadnik Avropa Oyunlarının finalında! FOTOLAR
Mariya Stadnik Avropa Oyunlarının finalında! FOTOLAR
Mariya Stadnik Avropa Oyunlarının finalında! FOTOLAR
180     
Reklam

Reklam