» » » Minsk 2019: Hacımurad Hacıyev ölkəmizə bürünc medal qazandırdı!

Minsk 2019: Hacımurad Hacıyev ölkəmizə bürünc medal qazandırdı!

Minsk 2019: Hacımurad Hacıyev ölkəmizə bürünc medal qazandırdı!Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev Minskdə keçirilən ikinci Avropa Oyunlarında bürünc medal qazanıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində yer alan H.Hacıyev üçüncü yer uğrunda görüşdə ukraynalı Vasili Mixaylovu məğlub edib.
Bu, Azərbaycanın "Minsk 2019"da 13-cü medalı olub. Medallardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür. Daha əvvəl Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Bu gün daha üç sərbəst güləşçimiz bürünc medal uğrunda yarışacaq.
90     
Reklam

Reklam