» » » Hacı Əliyev: "İki erməni üzərindəki qələbəmi hərbçilərimizə həsr edirəm!”

Hacı Əliyev: "İki erməni üzərindəki qələbəmi hərbçilərimizə həsr edirəm!”

Hacı Əliyev: "İki erməni  üzərindəki qələbəmi  hərbçilərimizə həsr edirəm!”Gördüyünüz kimi, rəqiblərimə çox çətinliklə qalib gəldim. Hər görüşün öz çətinliyi var. Qismət elə oldu ki, bu gün iki erməniyə qalib gəldim.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri finala vəsiqə qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında söyləyib.
H.Əliyev daha sonra deyib: "Düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. İndi isə ən vacibi final qarşılaşmasıdır. Finaldakı rəqibim olimpiya çempionu gürcü idmançısıdır. Ona iki-üç dəfə uduzmuşam. Güclü güləşçidir, çalışacağam ki, bu dəfə qalib mən olum.
Bu gün Azərbaycanın Silahlı Qüvvələri günüdür. İki erməni idmançı üzərindəki qələbəmi də hərbçilərimizə həsr edirəm”.
275     
Reklam

Reklam