» » » Hacı Əliyev gərgin mübarizədə erməni güləşçini yenərək Avropa Oyunlarının Finalına yüksəldi! FOTOLAR

Hacı Əliyev gərgin mübarizədə erməni güləşçini yenərək Avropa Oyunlarının Finalına yüksəldi! FOTOLAR

Hacı Əliyev gərgin mübarizədə erməni güləşçini yenərək Avropa Oyunlarının Finalına yüksəldi! FOTOLARİyunun 26-da - "Minsk 2019”un sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finala yüksəlib.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, güləşçimiz yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı məğlubiyyətə uğradıb. Görüşün ilk yarısı H.Ohanesyanın üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə H.Əliyev rəqibdən 4 xal alaraq hesabda önə çıxıb. Rəqib etirazla əlavə bir xal alaraq görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, qələbə qarşılaşmada daha fəal olan Azərbaycan təmsilçisinə verilib.
 
Mübarizəyə səkkizdəbir finaldan başlayan H.Əliyev əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. O, finalda Gürcüstan təmsilçisi Vladimer Xinçeqaşvili ilə üz-üzə gələcək.
 
Final görüşü iyunun 27-də keçiriləcək.
Üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyev "Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, "Bakı 2015” birinci Avropa Oyunlarının qalibidir.

Hacı Əliyev gərgin mübarizədə erməni güləşçini yenərək Avropa Oyunlarının Finalına yüksəldi! FOTOLAR
150     
Reklam

Reklam