» » » Azərbaycan boksçusu Avropa Oyunlarının 1/2 finalında!

Azərbaycan boksçusu Avropa Oyunlarının 1/2 finalında!

Azərbaycan boksçusu Avropa Oyunlarının 1/2 finalında!Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışları davam edir.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir, bu gün "Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşləri keçirilir. Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayor da növbəti döyüşünə çıxıb. 69 kq çəki dərəcəsində çıxış edən idmançımız Olimpiya mükafatçısı kosovolu Patriot Behrami ilə qarşılaşıb və rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. L.Sotomayor bununla da II Avropa Oyunlarının azı bürünc medalını təmin edib.
2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda Pat Makkormakla (Böyük Britaniya) görüşəcək. L.Sotomayorun növbəti döyüşü iyunun 28-də baş tutacaq.
Bu gün daha iki boksçumuz 1/4 finalda qüvvəsini sınayacaq. Cavid Çələbiyev (60 kq) və Alfonso Dominqes (81 kq) yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq.
96     
Reklam

Reklam