» » » Azərbaycan və İranın uşu yığmaları arasında beynəlxalq turnir keçiriləcək

Azərbaycan və İranın uşu yığmaları arasında beynəlxalq turnir keçiriləcək

Azərbaycan və İranın uşu yığmaları arasında beynəlxalq turnir keçiriləcəkİyunun 27-28-də Azərbaycan və İranın uşu üzrə yığma komandaları arasında beynəlxalq turnir keçiriləcək.
Premyer.az AZƏRTAC-a istinadla xəbər verir ki, turnirdə yeniyetmələr arasında dəfələrlə uşu üzrə Azərbaycan çempionu olan Amin Əlili (42 kq) və kişilər arasında 4 qat Avropa çempionu, İslam Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminovla (60 kq) yanaşı, yeniyetmə, gənc və böyüklərdən ibarət 30 yaxın idmançı ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, yarışlarda idmançılarımız bütün yaş və çəki dərəcələrində mübarizə aparacaqlar.
 


70     
Reklam

Reklam