» » » Lorenso Sotomayor Avropa Oyunlarının 1/4 finalına yüksəldi - FOTOLAR

Lorenso Sotomayor Avropa Oyunlarının 1/4 finalına yüksəldi - FOTOLAR

İyunun 24-də - "Minsk 2019”un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, boksçularımızın dördü də - Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) səkkizdəbir finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək dörddəbir finala yüksəlib. Boksçu səkkizdəbir finalda Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.
Məsud Yusifzadə (52 kq) səkkizdəbir finalda ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub.


89     
Reklam

Reklam