» » » Bayraqdarımız Avropa Oyunlarının gümüş mükafatını qazandı! FOTOLAR

Bayraqdarımız Avropa Oyunlarının gümüş mükafatını qazandı! FOTOLAR

Bayraqdarımız Avropa Oyunlarının gümüş mükafatını qazandı! FOTOLARBelarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo yarışları davam edir. Yarışların üçüncü günü Azərbaycan təmsilçilərindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) üçün uğurlu olub.
Oyunlarda Azərbaycan yığmasının bayraqdarı olan Orucov yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monakolu Sedrik Bessini məğlub edən cüdoçumuz rəqibini 57 saniyəyə ippona salıb. Onun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz 1/4 finala yüksəlib. Rüstəm bu mərhələdə erməni idmançı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız adını yarımfinala yazdırıb. Onun final yolunda son rəqibi yunanıstanlı Georgios Azoidis olub. Orucov bu rəqibini də ipponla yenib və finala çıxıb. Finalda təmsilçimizin rəqibi isveçli Tommi Makias olub. Dramatik keçən görüşdə rəqibinə uduzan Rüstəm gümüş medal qazanıb.
 
Daha öncə də xəbər verdiyimiz ki, Hidayət Heydərov mötəbər yarışların bürünc mükafatçısı olub.
Bayraqdarımız Avropa Oyunlarının gümüş mükafatını qazandı! FOTOLAR
86     
Reklam

Reklam