» » » Mehman Xəlilov: "Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm - FOTO

Mehman Xəlilov: "Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm - FOTO

Mehman Xəlilov: "Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm - FOTOErmənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm. Onunla görüşdən əvvəl də qələbə qazanacağıma əmin idim.
Premyer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ikinci Avropa Oyunlarının sambo yarışında bürünc medal uğrunda qarşılaşmada Ermənistan idmançısı Maksim Manukyanı məğlub edən Mehman Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.
Erməni idmançıya qalib gəlməsinin onun qələbə əzmini daha da artırdığını qeyd edən samboçumuz bildirib: "Rəqibim erməni olduğu üçün qarşılaşmanın ilk dəqiqələrində bir qədər həyəcanlı idim. Amma get-gedə özümü ələ almağı bacardım. Karyeramda daha əvvəl də belə hal olub ki, iki döyüş keçirərək bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal uğrunda görüşdə çıxış etdim. Komandamıza medal qazandırdığım üçün çox şadam”.

Mehman Xəlilov: "Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm - FOTO
107     
Reklam

Reklam