» » » Azərbaycan kikboksçusu Parisdə “Glory” kəməri üçün döyüşəcək - FOTOLAR

Azərbaycan kikboksçusu Parisdə “Glory” kəməri üçün döyüşəcək - FOTOLAR

Azərbaycan kikboksçusu Parisdə “Glory” kəməri üçün döyüşəcək - FOTOLARAzərbaycanlı kikboksçu Alim Nəbiyev "Glory 66”nın çempionu adını qazanmaq üçün Parisə gəlib.
Premyer.az AZƏRTAC-a istinadən  xəbər verir ki, "Glory” kəmərinə iddialı Alim Nəbiyev sabah Parisin "Le Zénith Paris - La Villette”də bir il əvvəl məğlubiyyətə uğratdığı indiki çempion Sedrik Dumbe ilə qarşılaşacaq.
Kikboksun parlaq ulduzu Alim Nəbiyevi bu döyüşdə dəstəkləmək üçün Azərbaycanın K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Zabit Səmədov da Parisə gəlib.
"Glory” turnirində Alim Nəbiyevin iştirakı Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və şəxsən təşkilatın rəhbəri Füzuli Məmmədovun maliyyə dəstəyi ilə təmin edilib.
"Professor” ləqəbli Alim Nəbiyev 77 kq çəki dərəcəsində dünya reytinqi üzrə bir nömrəli kikboksçu hesab edilir. 7 qat dünya və 3 qat Avropa çempionu olub.
Fransa mətbuatı azərbaycanlı kikboksçu ilə döyüşün asan olmayacağından xəbər verir. "Bir nömrəli Alim Nəbiyevlə parisli Sedrik Dumbe arasında döyüş çox gərgin keçəcək. Professor ləqəbli Alim Nəbiyev artıq Sedrik Dumbe ilə 3 döyüşün hər birini udub və ümumiyyətlə, "Glory” turnirinin 5 dəfə qalibi olub”, - deyə Fransanın idman mətbuatı "Glory 66” turnirinin çempionu adını almağa gəlmiş azərbaycanlı kikboksçu Alim Nəbiyev haqqında yazıb.
Qeyd edək ki, iyunun 22-də yerli vaxtla saat 19:00-da "Le Zénith Paris - La Villette”də keçiriləcək "Glory 66” kikboks üzrə dünya çempionatında 3 döyüş olacaq. Turnirin çempion adı uğrunda Sedrik Dumbe və Alim Nəbiyev, Artem Vaxitov və Donegi Abena, qadınlar arasında isə Anissa Meksen və Sofia Olofsson mübarizə aparacaqlar.

108     
Reklam

Reklam