» » » Tayfur Əliyev Avropa Oyunlarına qələbə ilə başladı!

Tayfur Əliyev Avropa Oyunlarına qələbə ilə başladı!

Tayfur Əliyev Avropa Oyunlarına qələbə ilə başladı!Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində boks yarışlarına start verilib.
Azərbaycan millisinin heyətində öncə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb.
O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə rəqibini məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.
Qeyd edək ki, "Uriçye Arena”da təşkil olunan yarışda bu gün daha iki boksçumuz rinqə çıxacaq.
110     
Reklam

Reklam