» » » II Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı bəlli oldu!

II Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı bəlli oldu!

II Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı bəlli oldu!İkinci Avropa Oyunlarının Açılış Mərasimində ölkəmizin bayraqdarı olacaq idmançı müəyyənləşib. Bu şərəfə tanınmış cüdoçumuz, 2016 Rio Olimpiadasının və 2017 dünya çempionatının gümüş mükafatçısı, 2016 Avropa çempionatının qalibi - Rüstəm Orucov layiq görülüb.
 
Premyer.az xəbər verir ki, iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında 50 ölkədən 3667 idmançı iştirak edəcək. Ölkəmiz mötəbər yarışda 80 idmançı ilə təmsil olunacaq. 
 
Avropa təmsilçiləri 15 idman növündə 199 medal uğrunda yarışacaq.
 
Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilmiş İlk Avropa Oyunlarında 50 ölkəni təmsil edən 5730 idmançı, 30 idman növündə 253 medal uğrunda yarışırdı. 
92     
Reklam

Reklam