» » » Gəncə şəhəri karate üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

Gəncə şəhəri karate üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

Gəncə şəhəri karate üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək1-2 iyun 2019-cu il tarixlərində Gəncə şəhərində karate üzrə "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək. Gəncə Olimpiya İdman Kompleksində baş tutacaq yarışda bir sıra yaxın ölkələrdən müxtəlif yaşlı karateçilərinin iştirakı gözlənilir. 
Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata kateqoriyalarında mübarizə aparacaq. 
169     
Reklam

Reklam