» » » Azərbaycan yığması çimərlik güləşi üzrə Dünya Seriyası turnirinin qalibi olub

Azərbaycan yığması çimərlik güləşi üzrə Dünya Seriyası turnirinin qalibi olub

Azərbaycan yığması çimərlik güləşi üzrə Dünya Seriyası turnirinin qalibi olubMartın 29-30-da Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçirilib.

Ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 4 güləşçi təmsil edib. Onlardan biri qızıl, ikisi gümüş medal qazanmağı bacarıb.
 
Onlardan biri, MOİK idmançısı, əsgər Pənah İlyaslı 70 kq çəki dərəcəsində ard-arda 4 görüşdə portuqaliyalı Nuno Enrike Lopes Fraqa, braziliyalı Joao Viktor Dos Santos Silva, rumıniyalı Stefan Yonut Koman və yunan Niko Aruzmanidisə qalib gələrək finala yüksəlib. Son görüşdə gürcü Levan Kelexşaşviliyə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.

Pənahdan başqa, yığmamıza Oyan Nəzəriani (+90 kq) və İbrahim Yusubov (80 kq) medal qazandırıb. Oyan qızıl, İbrahim gümüş medala sahib çıxıb.
Beləliklə, yığmamız Portuqaliyada 1 qızıl və 2 gümüş medala sahib olub. Bu nəticə ilə yığmamız 65 xal toplayaraq, komanda hesabında 1–ci yeri tutub. Gürcüstan (62) ikinci, Yunanıstan (50) isə üçüncü olub. Növbəti analoji yarış mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək. Xatırladaq ki, bu yarışlar oktyabrda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.
96     
Reklam

Reklam