» » » Arzu Cəlilovadan Fransada iki bürünc medal

Arzu Cəlilovadan Fransada iki bürünc medal

23-24 mart tarixlərində, Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir öz işinə yekun vurub.
Turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.
Qızlarımızdan gənclər arasında mübarizə aparan Arzu lent və gürzlərlə çıxışı ilə fərqlənərək, millimizin hesabına iki bürünc medal yazdırıb və bayram günlərində komandaya ikiqat sevinc yaşadıb. Gimnastımızın iplə çıxışı isə onu 6-cı edib.
Digər final mərhələsində daha bir gimnastımız Nərminə top ilə öz gücünü sınayıb və nəticədə 5-ci olub.
Böyüklər arasında isə Veronika top ilə 6-cı, Darya isə gürzlərlə 7-ci yerdə yarışı başa vurublar.
126     
Reklam

Reklam